Region

İmişli “Şahin”ləri rayon turniri keçirib

Martın 9-da şəhər 2 saylı tam orta məktəbdə şagirdlər arasında “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib. Yarışda rayonun ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan komandalar iştirak ediblər.

Bu barədə məlumatı “365.com.az”-a İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyev verib. Onun sözlərinə görə, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaqdır. Bundan başqa, məktəbliləri hərbi idman oyunlarına cəlb edərək, bu tipli yarışlara marağı daha da artırmaq və onları indidən ordu sıralarına hazırlamaqdır.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını fəda edən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Komandalar yarışın nizamnaməsinə uyğun olaraq idmanın məktəblilər üçün nəzərdə tutulan növlərində güclərini sınayıblar.

Yarışın yekun nəticəsinə görə, Bəcirəvan kənd tam orta məktəbin komandası birinci, şəhər 6 saylı tam orta məktəbin komandası ikinci, 5 saylı məktəb-liseyin komandası isə üçüncü yeri tutublar.

Qalib komanda “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin final
mərhələsində İmişli rayonunu təmsil edəcək.

[Best_Wordpress_Gallery id=”64″ gal_title=”İmişli “Şahin”ləri rayon turniri keçirib”]

Bir cevap yazın