Region

İmişli rayonunda fənn olimpiadası keçirilib

Fevralın 4-də İmişlidə Respublika fənn olimpiadalarının rayon turu keçirilib. Fənn olimpiadalarının təşkil olunmasında məqsəd istedadlı şagirdləri aşkar etmək, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq və seçdikləri ixtisasların fənlərinə marağı daha da artırmaqdır.
Şəhər 5 saylı məktəb-liseydə keçirilən bilik yarışında rayonun ümumi təhsil məktəblərinin IX, X və XI sinif şagirdlərindən ibarət olan 390 nəfər şagird iştirak edib.
Olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, fizika, kimya, biologiya, informatika və coğrafiya olmaqla 8 fənn üzrə keçirilib. Şagirdlər fənlər üzrə onlara təqdim edilən qapalı test formatında 25 sualı cavablandırıblar.
Rayon mərhələsində hər bir fəndən sualların ən azı 60 faizinə düzgün cavab verib hər sinif üzrə ilk 3 yeri tutmuş şagirdlər qalib adını qazanacaqlar. Onlar mart ayında keçiriləcək Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.

[Best_Wordpress_Gallery id=”19″ gal_title=”İmişli rayonunda fənn olimpiadası keçirilib”]

Bir cevap yazın