Region

İmişli rayonunda Bayraq muzeyi tikilir

İmişli rayonunun mərkəzində Bayraq Muzeyi tikilir. 365.com.az-ın verdiyi məlumata görə hazırda hörgü işləri aparılan muzeyin binası yaxın vaxtlarda istifadəyə veriləcək.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərin tərkibi kimi muzeyin bütün lazımi eksponatlarla təmin olunacağı gözlənilir.

Rayon dəmiryolu vağzalının yaxınlığında inşa olunmuş Bayraq Meydanı 9 noyabr 2012-ci ildə istifadəyə verilib. O, 8 min 300 kvadratmetr ərazini əhatə edir. Dirəyin hündürlüyü 100 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir.

Milli bayraq haqqında ilk qərarı 9 noyabr 1918-ci ildə əsas yaradıcısı milli istiqlalçı Məhəmməd Əmin Rəsulzadənin olduğu Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası verib. Hər il 9 noyabr tarixi də ölkədə “Dövlət Bayrağı Günü” kimi qeyd olunur.

[Best_Wordpress_Gallery id=”37″ gal_title=”İmişli rayonunda Bayraq muzeyi tikilir”]

Bir cevap yazın