Baş Region

İmişli rayonunda artıq 3 gündür ki, internet yoxdur

İmişli rayonunda artıq 3 gündür ki, internet yoxdur. Bu barədə məlumatı 365.com.az-a İmişli rayon Telekommunikasiya Qovşağının abunə xidmətinin əməkdaşı Mikayıl Cəfərov verib. Onun sözlərinə görə, buna səbəb Telekommunikasiya qovşağında müasir tipli yeni aparatin quraşdırılmasıdır: “Telefon xətlərində tez-tez problemlər yaranirdi. Bu da internetin keyfiyyətinə çox böyük mənfi təsir edərək abonentlərin haqlı narazılığına səbəb olurdu. Buna görə de, artiq bir neçə gündür ki, Bakidan gəlmiş mütəxəssislər qrupu qovşaqda yenilənmə işləri ilə məşğuldurlar. Bu isə bir neçə günlük iş tələb edir. Yeni quraşdırılan avadanliq abonentlərə xidmət səviyyəsini xeyli yaxşılaşdıracaq. Yaxin bir neçə gün ərzində rayon ərazisində bütün abonentlərin internet xetti bərpa olunacaq.”