Ölkə Region

İmişli məzunlarından 10 nəfər 600-dən çox bal toplayıb

İmişlidə ümumtəhsil məktəblərini bitirən məzunlardan 10 nəfəri 600-dən çox bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.

365.com.az Azərtaca istinadən xəbər verir ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 57 tam orta məktəbi 887 şagird bitirib. Onlardan 342 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında sualları düzgün cavablandıraraq tələbə adını qazanıb. Ali məktəblərə qəbul olanlardan 10 nəfəri 600-dən çox bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni isə İmişli şəhər 1 nömrəli məktəb-liseyin məzunu Turqut Ağaşov toplayıb. O, 690 bal ilə Bakı Ali Neft Məktəbinə qəbul olub. Turqut, həmçinin fənn olimpiadasının Respublika mərhələsində III yer tutaraq bürünc, tam orta məktəbi yüksək qiymətlərlə başa vurduğuna görə isə qızıl medal qazanıb.