Baş Region

İmişli İctimaiyyəti Şəhidlər xiyabanını ziyarət edib

İmişli rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı rayonda yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycan xalqının azadlığı, torpaqların müdafiəsi zamanı həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.
Ziyarət zamanı çıxış edənlər şəhidliyin uca bir zirvə olduğundan, bu yolun yolçularının əbədi ölməzlik qazandığından danışıblar. Onlar bu günün hüzn günü olmasını qeyd etməklə yanaşı, həm də Azərbaycan xalqının qəhrəmanlıq tarixində yeni bir şanlı səhifə açdığını vurğulayıblar. Bununla yanaşı, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı da qeyd edilib.
28 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib.
Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.
Bu vəhşi əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və “Zərbə” adlanırdı. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.
Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15- də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.
O gündən 20 Yanvar ölkədə matəm günü kimi qeyd olunur.

 

[Best_Wordpress_Gallery id=”6″ gal_title=”İmişli ictimaiyyəti Şəhidlər xiyabanını ziyarət edib”]

Bir cevap yazın