Baş Ölkə

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimatı olub

Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilib.

365.com.az-ın SalamNews-a əsasən verdiyi məlumata görə, əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətinə dair film nümayiş olunub.

Sonra Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov və “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış ediblər.

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2015” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin ən böyük məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyətinin bu cür yığcam şəkildə əksi, təbii ki, dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma tələb edir. Kitab nəşrə hazırlanarkən mətnin hər abzası və cümləsi, hər bir fotoşəkil dönə-dönə fikir süzgəcindən keçirilib. Nəticədə Prezident İlham Əliyevin 15 illik titanik, çoxşaxəli dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi ortaya çıxıb.