Kriminal Region

Heroin satmaqda şübhəli bilinən Şirvan sakini saxlanılıb

365.com.az xəbər verir ki, Narkotik vasitə olan heroinin alveri ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini saxlanılıb. Şirvan polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini, 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu saxlanılıb.
Məlumata görə, kriminal dairələrdə “Ququ” ləqəbi ilə tanınan, əvvəllər 3 dəfə məhkum olunan Əli İsayev əməliyyat məlumatı əsasında saxlanılarkən onun üzərindən 0,367 qram heroin aşkarlanıb.
Məhkəmənin qərarı əsasında Əli İsayevin yaşadığı Ş.Şükürov küçəsi, döngə 5, ev 21 ünvanında axtarış aparılan zaman oradan müxtəlif otaqlardan bükümlərə ayrılmış vəziyyətdə, ümumi çəkisi 302,726 qram heroin götürülüb. Eyni zamanda saxlanılan şəxsin evindən narkotik vasitələrin alveri üçün nəzərdə tutulan 2 ədəd elektron zərgər tərəzisi, 5 ədəd soyuq silah kimi istifadə oluna bilən bıçaq aşkar edilib.
Əli İsayevin barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

[Best_Wordpress_Gallery id=”29″ gal_title=”Heroin satmaqda şübhəli bilinən Şirvan sakini saxlanılıb”]

Bir cevap yazın