Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
365.com.az Azərtac-a istinadən bildiri ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Cavanşir Qəmbərov yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.