Kriminal Region

Həyətində narkotik bitki əkib-becərən şəxs saxlanılıb

Kürdəmir rayonunun Yenikənd kəndində yaşadığı evin həyətində narkotik bitki əkib-becərən 1963-cü il təvəllüdlü Cəfərov Yahya Sədir oğlu polis işçiləri tərəfindən saxlanılıb.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, daxil olan məlumata əsasən Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı Yahya Cəfərovun yaşadığı evin həyətindəki bağ sahəsində üç ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan, əkib-becərdilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Y.Cəfərov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.