Hadisə Region

Gürcüstandan Bakıya gələn avtomobilin aşması nəticəsində 5 nəfər yaralanıb

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 145-ci kilometrliyində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində qeydə alınıb.

Gürcüstandan Bakıya gedən “Honda” markalı avtomobilin ön təkərinin partlaması nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılara hadisə yerində təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib. Avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.