Dünya

Gürcüstanda İran vətəndaşı olan killer tutulub

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində keçirilmiş xüsusi əməliyyat nəticəsində İran vətəndaşı saxlanılıb.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, saxlanılan 1964-cü il təvəllüdlü A.P. adlı şəxs qətl hazırlamaqda şübhəli bilinir.

İstintaqla müəyyən olunub ki, şübhəli şəxs 5500 dollar əvəzində Tbilisidə olan 1981-ci il təvəllüdlü V.A. adlı İran vətəndaşını qətlə yetirməyi planlaşdırıb. O, məbləğin bir hissəsini odlu silah almaq üçün bir şəxsə verib və silahı alandan sonra məbləğin digər hissəsini ödəyəcəyinə söz verib.

Faktla bağlı istintaq aparılır. İran vətəndaşını 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir cevap yazın