Baş İqtisadiyyat

Gürcüstan Azərbaycan qazının tranzitindən 1,1 milyard kub metrdən çox haqq əldə edəcək

2023-cü il üçün Gürcüstanın Azərbaycan qazının Türkiyəyə daşınması üçün aldığı tranzit haqqı artacaq.

365.com.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Cənub Qaz Dəhlizi ilə il ərzində 23 milyard kub metr təbii qazın nəqlinə başlanılandan sonra Gürcüstan illik olaraq 1,1 milyard kub metrdən çox qaz əldə edəcək.

Hazırda Gürcüstanın tranzit haqqı daşınan qazın 5%-ni təşkil edir. Qonşu ölkə il əzrində milyard kub metr təbii qazın Türkiyəyə tranzitindən 300 milyon kub metr qaz əldə edir.