Region

Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.