Region

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Samux rayon sakini 1966-cı il təvəllüdlü Musa Ömərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cevap yazın