Hadisə Region

Gəncədə evdən 44 yaşlı kişinin meyiti tapılıb

Gəncə şəhər sakini Cavid Məmmədov evində ölü vəziyyətdə tapılıb.

365.com.az-ın Reporta istinadən verdiyi məlumata görə , hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü C.Məmmədovun üzərində ilk baxışdan zorakılıq əlamətləri olmasa da, meyit tibbi ekspertizaya göndərilib.

C.Məmmədovun həmin ünvanda tənha yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cevap yazın