İdman

Futbolun Əfsanəsi Ronaldinho futbol karyerasını bitirdi

Futbol tarixinə öz xüsusi imzasını atmış Ronaldinho (Ronaldo de Assis Moreira) futbol karyerasını bitirdi. Ronaldinhonun qardaşı xəbəri təsdiqləyib və böyük bir vida mərasiminə hazırlaşdıqlarını bildirib. Braziliyalı futbolçu, Ronaldinho yaşıl meydanlarla vidalaşdı.

Ronaldinhonun karyerasını bitirməsini təsdiqləyən qardaşı və meneceri Roberto Assis, 37 yaşlı ulduz üçün Braziliya, Avropa, Asiya və milli komanda səviyyəsində müxtəlif tədbirlərin keçiriləcəyini bildirib.

Paris Saint-Germain, Barcelona və Milandan sonra karyerasını Braziliyada davam etdirən Ronaldinho, 2015-dən bəri heç bir komandanın formasını geymirdi

2002-ci ildə Braziliya Milli Komandasıyla dünya kubokunu, 2006-cı ildə Barcelona ilə UEFA Çempionlar Liqasını qazanan Ronaldinho, 2005-ci ildə “Qızıl qol”  (Ballon d’Or) mükafatının sahibi olmuşdu.

Bir cevap yazın