Baş Region Təhsil

Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Oktyabrın 25-də Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.

365.COM.AZ xəbər verir ki, görüş zamanı Təhsil nazirinin müavini F. Qurbanov son illərdə ölkəmizin təhsil sahəsindəki inkişafından və qarşıda duran vəzifələrdən danışdı. Müəllimlik peşəsinin şərəfi, məsuliyyəti və layiqli müəllim olmağın yolları barədə fikirlərini gənc müəllimlərlə bölüşdü.

Tədbirdə iştirak edən müəllimlər öz təklif və arzularını bildirdilər.

Qeyd edək ki, yaxın zamanda İmişli rayonunda gənc müəllimlərin konfransının geçirilməsi nəzərdə tutulub.