İdman

Federer 6-cı dəfə çempion oldu

İsveçrəli tennisçi Rocer Federer mötəbər “Australian Open”in birinci “Böyük dəbilqə” seriyası mövsümündə ilk yarışın qalibi olub. 
 
Sport7.az xəbər verir ki, Federer finalda Marin Çiliçlə qarşılaşıb. Oyun 6:2, 6:7 (5:7), 6:3, 3:6, 6:1 hesabı ilə dünyanın ikinci raket ustasının xeyrinə bitib. Final matçı 3 saat 6 dəqiqə davam edib.
Yarışın ümumi uduş fondu 43 milyon dollardı. 36 yaşlı tennisçi üçün bu, karyerasında sayca 6-cı “Australian Open” yarışı və ümumilikdə 96-cı qələbə olub. İsveçrəlinin “Böyük dəbilqə” seriyasında 20 qələbəsi var.
Ötən il Uimbldonda “Böyük dəbilqə” seriyasının finalında da Federer xorvatiyalı idmançını yenib.

Bir cevap yazın