Region

Fənn olimpiadalarının nəticələri məlum olub

Respublika fənn olimpiadalarının fevralın 4-də keçirilən rayon turunun nəticələri məlum olub. İmişli rayonu üzrə bu turda iştirak etmiş 390 nəfər şagirddən 54 nəfəri yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Rayonun ümumi təhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticəni (90 bal) Əli Səmədov adına şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi Zamin Sarvan oğlu Yaqubov göstərib. O, coğrafiya fənni üzrə verilən 25 test tapşırığının 23-nə düzgün cavab yazıb.

Olimp

 

Bu barədə məlumatı 365.com.az saytına İmişli rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev verib. Onun sözlərinə görə, verilən qapalı test tapşırıqlarının 60 faizdən çoxunu düzgün cavablandıran şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi növbəti mərhələyə buraxılıb.

Fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu isə mart ayında keçiriləcək.

Bir cevap yazın