Baş Ölkə

Dövlət Neft Fondunun rəhbəri dəyişdirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə – Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib. 

Prezident yeni vəzifəyə təyin olunma ilə əlaqədar İsrafil Məmmədovu qəbul edib.

365.com.az xəbər verir ki, məlumatı Report yayıb.

Sabiq icraçı direktor Şahmar Mövsümov isə Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.