Baş Hadisə Region

Daha bir körpə ölümü – Bu dəfə Sabirabadda

Sabirabad rayonunda uşaq ölümü qeydə alınıb.

365.com.az “Qafqazinfo”ya istinadən xəbər verir ki , hadisə Sabirabad rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının doğuşdan bir gün sonra körpəsi ölüb.

Yaxınlarının iddiasına görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.