Baş Hadisə Region

Dəm qazı yenə can aldı

Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğulub.

365.com.az xəbər verir ki, hadisə rayonun Füzuli küçəsi ev 24 ünvanından qeydə alınıb. Həmin mənzildə yaşayan, 1996-cı il təvəllüdlü  Mənsimə Osmanova evin hamamında dəm qazından boğulub. Onun meyitini həyat yoldaşı aşkarlayıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.