Baş Region

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş yarışda İmişli komandası qalib gəldi

365.com.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə İmişli rayonunda zona üzrə intellektual yarış keçirilib. İmişli Şahmat Məktəbində təşkil olunan yarışda 6 rayonun: İmişli, Saatlı, Ağcabədi, Ağdam, Xocavənd və Laçın rayon məktəblərinin komandaları iştirak ediblər.

Yarışın keçirilməsində məqsəd şagirdlərin Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumatlarını və intellektual biliklərini daha da artırmaq olub.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov belə yarışların keçirilməsinin şagirdlərin həm dünyagörüşünün artmasında, həm də əlavə biliklər qazanmasındakı rolundan danışıb. O, intellektual biliklərin elmi biliklərin artmasına böyük təsirini də vurğulayıb.

Komandalara 3 mərhələdən ibarət olmaqla 36 sual verilib. İmişli komandası 23 xalla 1-ci, Saatlı komandası 22 xalla 2-ci, Xocavənd komandası isə 15 xalla 3-cü yerin sahibi olub.

1-ci, 2-ci və 3-cü yerin sahibləri kubok, medal və diplomlarla mükafatlandırılıb.

[Best_Wordpress_Gallery id=”138″ gal_title=”Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş yarışda İmişli komandası qalib gəldi”]