Region

“Cocuq Mərcanlıdan Xocalıyadək!”

Hər növbəti gün daha bir günü tarixə çevirir. 365.com.az xəbər verir ki, fevralın 17-də Azərbaycan  Respublikası Prezident Administrasiyasının razılıq məktubuna əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Cocuq Mərcanlıdan Xocalıyadək!” devizi altında tədbir keçirildi. Tədbir iştirakçıları öncə 2016-cı ilin aprelində gedən qısamüddətli savaş zamanı şəhid olanların xatirəsinə Horadiz şəhərində həsr edilən abidə kompleksini ziyarət etdilər. Daha sonra tədbir Cocuq Mərcanlı kənd Mədəniyyət Evində davam etdirildi. Toplantı “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirildi.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbi şagirdlərinin və bu təhsil ocağını bitirmiş gənclərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş edildi. “Xocalı qisasa çağırır bizi!” adlı kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Cocuq Mərcanlı kənd Mədəniyyət Evində keçirilən tədbir iştirakçılar tərəfindən hədsiz məmnunluqla alqışlandı. Tatarkən tam orta məktəbin şagirdlərinin təqdim etdikləri kompozisiyadan sonra Xocalı faciəsinin canlı şahidi Dürdanə xanım keçirdiyi səkkiz günlük əsirlik həyatından danışdı, o əsablı günlərin illərboyu unudulmayacağını söylədi.
Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqda hazırlanmış və “Karvan”qrupunun ifasında lentə alınan klipin səsləndirilməsilə başa çatdı.

 

[Best_Wordpress_Gallery id=”48″ gal_title=”Cocuq Mərcanlı”]

Bir cevap yazın