Dünya İdman

“Çelsi”də qalmaqal: Məşqçinin göstərişinə əməl etmədi

İngiltərə Liqa Kubokunun “Çelsi” ilə “Mançester Siti” arasında keçirilən final matçında qalmaqal yaşanıb.

365.com.az-ın metbuat.az-a əsasən verdiyi məlumata görə, əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmaya əlavə edilmiş ikinci hissənin sonunda London klubunun baş məşqçisi Maurisio Sarri qapıçı Kepa Arrissabalaqanı əvəzləmək istəyib. O, penaltilər seriyasında “çərçivəni” ehtiyat qolkiper Villi Kabalyeroya həvalə etmək qərarına gəlib. Ancaq Kepa bu qərarla razılaşmayıb. İspan qapıçı əvəzlənməyinə etiraz edib və meydandan çıxmayıb.

Penaltilər seriyasında “Mançester Siti” 4:3 hesabı ilə qalib gələrək, kuboku əldə edib.