Region

Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.

Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub. Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə rəis təyin edilib. Ramil Usubovun digər əmri ilə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev Saatlı RPŞ-nə rəis təyin edilib. MƏNBƏAPA

Baş Hadisə Region

İmişli RPŞ-də saxlanılan şəxslər intihara cəhd edib

İmişlidə Polis Şöbəsinin təcridxanasında özlərinə qəsd edən şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlamaqda və evdən oğurluq etməkdə təqsirləndirilir. Onlara etdikləri cinayət əməllərinə adekvat olaraq Cinayət Məcəlləsinin 3 maddəsi (181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə)) üzrə ittiham elan olunub. İmişli rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə,  iyulun 28-də […]

Baş Region

Beyləqanda top mərmisi tapılıb

Dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazində mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan APA-ya verilən məlumata görə, havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən […]

Hadisə Region

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.   APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza […]