Ölkə

XİN: “Ermənistan xarici işlər nazirinin çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyil”

Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti, yoxsa erməni xalqını aldatmağa cəhd göstərdiyini başa düşmək çox çətindir. Məsələlərin dərin mahiyyətinə bələd olan […]

Dünya Ölkə

Gürcüstanda azərbaycanlı həkimin işi üzrə məhkəmə təxirə salınıb

Tbilisi şəhər məhkəməsində bu gün “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə növbəti dinləmə keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dinləmədə üç vəkilin birinin çıxışı dinlənilib. Məhkəmənin iş üzrə yekun qərarı bu gün qəbul edəcəyi nəzərdə tutulsa da, hakim Maya Kokiaşvili məhkəmə prosesini fevralın 6-a qədər təxirə salıb. Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq […]

Baş Ölkə

Zakir Qaralov: “Prezidentin tapşırıqları uğurla icra edilir”

“Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tapşırıqları prokurorluq orqanlarında uğurla icra edilir”. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib. Baş prokuror qeydedib ki, ötən il Respublikamızda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək Ölkə Başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin […]

Dünya Ölkə

Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır. Diaspor rəhbəri həmçinin bildirib […]

Baş Ölkə

Prezident İlham Əliyev Davosda isveçrəli həmkarı ilə görüşüb

Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü olub. APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu. İsveçrə prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib. Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal […]