İdman Region

Qaxda sərbəst güləş üzrə turnirdə 164 yeniyetmə idmançı mübarizə aparır

Avqustun 17-də Qax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər və rayonlararası turnir başlanıb. 365.com.az Azərtac-a istinadən xəbər verir ki, yarışda Gəncə şəhərini, Ağdam, Şəki, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarını təmsil edən 164 yeniyetmə güləşçi iki yaş qrupu üzrə 11 çəki dərəcəsində mübarizə […]

İdman Region

Astarada boks üzrə Avropa çempionu ilə görüş

Avqustun 16-da Astara Rayon İcra Hakimiyyətində Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyinin qalibi olmuş rayonun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Məhəmmədəli Qasımzadə ilə görüş keçirilib. 365.com.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan millisinin tərkibində çıxış edən Məhəmmədəli Qasımzadə 35 ölkə idmançılarının iştirakı ilə yeniyetmələr arasında […]

İdman Region

Naxçıvanda şahmatçıların təsnifat turniri yekunlaşıb

Naxçıvan Şahmat Mərkəzinin şahmatçıları arasında keçirilən təsnifat turniri başa çatıb. 365.com.az Azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnir üç gün davam edib. Turnirdə 100-dən çox şahmatçı 9 qrup üzrə mübarizə aparıb. İsveçrə sistemi ilə keçirilən turnirin yekununa əsasən, dərəcəsi olmayanların qrupunda 11 […]

Dünya İdman

“Qalatasaray” komandası “Başakşəhər”i məğlub edərək çempion olub

Mayın 19-da futbol üzrə Türkiyə Superliqasında “Türk Telekom” stadionunda İstanbul derbisi oynanılıb. 365.com.az-ın Azərtaca istinadən verdiyi məlumata görə , XXXIII turun mərkəzi və son qarşılaşmasında turnir cədvəlində 66 xalla lider olan “Qalatasaray” komandası eyni xala malik olan və top fərqinə görə ikinci pillədə qərarlaşan “Başakşəhər”i qəbul edib. Baş hakim Cüneyt Çakırın idarə etdiyi görüşdə rəqibinə […]

İdman Ölkə

Taekvondo üzrə millimiz Mançesterdə təşkil edilən dünya çempionatını iki medalla başa vurub

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatında aktivinə iki medal yazdırıb. 365.com.az-ın Azərtaca istinadən verdiyi məlumata görə , mayın 19-da yarışın sonuncu günündə millimizin titullu idmançılarından olan Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu olub. Təmsilçimiz bir gün əvvəl mərhələ döyüşlərində kuba, fransa, moldovalı […]