Hadisə

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin […]

Baş Hadisə Kriminal

Lənkəranda 16 yaşlı oğlan döyülüb

Lənkəran rayonunun Liman şərər sakini döyülüb. APA-nın Cənub bürosu xəbər verir ki, 16 yaşı olduğu bildirilən Heybət Rühət oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən gəncin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2107” markalı avtomoibl yola çıxan Abbasov Həbiib Musa oğlunu vurub. Xəsarət alan təxminən 23 yaşda olan piyada hadisə yerində ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisə Region

İmişlidə iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb

İmişli rayonunun Telişli kəndi ərazisində “Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü Telişli kənd sakini, 1976-cı il təvəllüdlü Kərimov Pənah Lətif oğlu hadisə yerində ölüb.   Faktla bağlı araşdırma aparılır

Baş Hadisə Region

İmişli RPŞ-də saxlanılan şəxslər intihara cəhd edib

İmişlidə Polis Şöbəsinin təcridxanasında özlərinə qəsd edən şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlamaqda və evdən oğurluq etməkdə təqsirləndirilir. Onlara etdikləri cinayət əməllərinə adekvat olaraq Cinayət Məcəlləsinin 3 maddəsi (181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə)) üzrə ittiham elan olunub. İmişli rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə,  iyulun 28-də […]