Region

Cəlilabad sakinlərinə məxsus atlar və mal-qara oğurlanıb

Cəlilabadda oğurluq hadisəsi baş verib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.

Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb.

Faktla bağlı artıq polisə məlumat verilib, araşdırma aparılır.

Bir cevap yazın