Region

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

365.com.az məlumat verir ki, Biləsuvar rayonunda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Şəhid şəhər – Xocalı” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirilib. Tədbiri keçirməkdə əsas məqsəd məktəblilərdə Xocalı soyqırımı haqqında daha geniş fikir yaratmaq və onların vətənpərvərlik ruhunun yüksəldilməsidir. Tədbir öncə İdarənin baş məsləhətçisi Mülazim Rzayevin çıxışı ilə başlayıb. Daha sonra məktəblilər tərəfindən mövzuya uyğun kompozisiyalar təqdim olunub.

Tədbirin sonunda fərqlənən məktəb komandaları diplomlarla təltif ediliblər.

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.

Rəsmi məlumatlara görə, Xocalı faciəsi nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

[Best_Wordpress_Gallery id=”50″ gal_title=”Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib”]

Bir cevap yazın