Mədəniyyət Region

Beyləqanda Milli Musiqi Günü qeyd olunub

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü münasibətilə Beyləqan rayon Mədəniyyət Mərkəzində “Üzeyirin musiqi dünyası” adlı ədəbi-bədii tədbir keçirilib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Üzeyir Hacıbəylinin yaradıcılığından və Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən bəhs edən videoçarxa baxıblar. Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova tədbirdə çıxış edərək, Ü.Hacıbəylinin şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıb.

Tədbirdə rayon musiqi məktəbinin “Aranqala” instrumental ansamblının, “Odlar yurdu” uşaq xor kollektivinin və Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin iştirakı ilə konsert proqramı təqdim edilib. Musiqi nömrələri və rəqslər maraqla qarşılanıb.