Region

Beş rayonun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq

Bu gün saat 13:00-dan 18:00-dək beş rayonun bir neçə yaşayış məntəqəsinin qaz təcizatı dayandırılacaq.

Bu barədə İnterAz-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

365.COM.AZ İnteraz-a əsasən bildirir ki , aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 13.00-dan 18.00-dək Masallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında bir neçə yaşayış məntəqəsi və sənaye müəssisələrindən birində qaz təchizatı dayandırılacaq.