İdman

Belarus yığması millimizlə oyun üçün heyəti açıqlayıb

Martın 23-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Belarus yığmasının heyəti açıqlanıb. 365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, baş məşqçi İqor Kriuşenko bu ay keçiriləcək iki qarşılaşmada 23 futbolçuya güvənəcək.

Bakıda yığmamıza qarşı keçiriləcək matçdan 4 gün sonra Slovakiya ilə üz-üzə gələcək belaruslular hazırlıq prosesinə ayın 19-da başlayacaq. Rəqibimiz martın 28-dək hazırlıq keçəcək. Belarus millisi ayın 20-də ölkəmizə gələcək.

Kriuşenko “Qəbələ”nin sabiq futbolçusu Mixail Sivakovu da heyətə çağırıb. O, yenidən Bakıda oynamaq imkanı qazanacaq.

Qapıçılar: Andrey Qorbunov (“Dinamo” Minsk”), Aleksandr Qutor, Pavel Pavlyuçenko (hər ikisi “Dinamo” Brest);

Müdafiəçilər: Aleksandr Martınoviç (“Krasnodar”, Rusiya), İqor Şitov (“Astana”, Qazaxıstan), Denis Polyakov (APOEL, Kipr), Sergey Politeviç (“Gənclərbirliyi”, Türkiyə), Mixail Sivakov (“Amkar”, Rusiya), Maksim Volodko (BATE), Oleq Veretilo (“Dinamo” Brest), Sergey Matveyçik (“Şaxtyor”);

Yarımmüdafiəçilər: Sergey Kislyak (“İrtış”, Qazaxıstan), Stanislav Draqun, İqor Staseviç (hər ikisi BATE), Renan Bressan (“Şaviş”, Portuqaliya), Pavel Nexayçik (“Dinamo” Brest), Pavel Savitski (“Dinamo” Brest), İvan Maevski (“Astana”, Qazaxıstan), Yuri Kendış (“Şerif”, Moldova), Yuri Kovalyov (“Şaxtyor”);

Hücumçular: Maksim Skavış (BATE), Denis Laptev (“Şaxtyor”), Anton Saroka (“Dinamo”).

Qeyd edək ki, Sergey Çernik (“Nansi”, Fransa) və Sergey Balanoviç (“Amkar”, Rusiya) zədə səbəbindən milliyə çağırılmayıb. Kriuşenko ehtiyat heyətə Denis Herbitski, Aleksey Rios, Mixail Qordeyçuk, Nikolay Siqneviç (hamısı BATE), Aleksey Qavriloviç, Pavel Sedko (hər ikisi “Dinamo” Brest), Artyom Bıkov (“Dinamo” Minsk), Aleksandr Karnitski (“Tosno”, Rusiya), Qleb Rassadkin (“Zvezda”, Kropivnitski, Ukrayna) və Anton Putilonu (“Ankaragücü”, Türkiyə) da daxil edib. “23-lük”dən zədələnən olarsa, futbolçulardan biri onu əvəzləyəcək.

Bir cevap yazın