Region

Bayramqabağı qiymətlər “od tutub yanır”…

365.com.az Novruz Bayramı öncəsi İmişlinin böyük ticarət mərkəzlərindən olan Mərkəzi bazar, “Bazarstore”, “Araz Supermarket” və “Oba”da  qiymətləri araşdırıb. Məlum olub ki, bayram süfrəsi üçün hazırlanacaq daha zəruri ərzaq məhsullarının alış qiyməti məkanlara uyğun dəyişir:

 

Mərkəzi bazar:                   “Bazarstore”:            “Araz Supermarket”      “Oba”:

 

uzun düyü –  3 manat      2.51                 2.99-3.59          2.30

sarı kişmiş –  7              7.20                 6.99                 8

qara kişmiş–  8              9.86                 15.30                7

xurma –          1.60          2.40                 1.90                 1.60

qoz –               5.50-6      5.99                 5.09                 5

fındıq –           5-6           7.49                 –                       6

şabalıd –         9              8.99                 –                       –

alma –            0.50-2-3    1.69                 1.59                 –

armud –         3-3.50-4     2.39                 4.35                 2.80

banan –          3.50-4       2.85                 2.95                 2.90

mandarin –    2.50-3        3.65                 3.19                 2.80

xiyar –             4-5           2.89                 5.75                 3.40

pomidor –       3-3.50-4    3.79                 3.95                 3.60

 

Alıcı Elnur Əliyev deyir ki, bazara nəzarət yoxdur, kimin kefi necə istəyir, malını elə də satır:

“1 kiloqram xiyar bazarda 4, hətta 5 manata qalxıb. Belə də insafsızlıq olar? İranda xurma bizim pulla 75-80 qəpikdir, bunlar isə ikiqat, üçqat baha satır. Pul qazanarlar, daha belə insafsızcasına yox. Neyləyək, almasaq da, evdə uşaqların üzünə baxa bilmirik. Yenə şükür ki, yaza çıxırıq. Hər halda ümid edirik ki, bəzi zəruri malların qiyməti enəcək”.

Usta olduğunu deyən Rasim Hüseynov da qiymətlərdən gileylidir:

“Bayram günlərində də əllərinə girəvə düşür. Satıcılar malları baha qiymətə götürdüklərini bəhanə edərək, hər şeyi od qiymətinə satırlar. Bir-iki gün tamahkarlıq edirlər, bayramdan sonra isə indi satdıqları malların qiymətlərini aşağı salırlar. Bilirlər ki, uşaqlarımızın yanına əliboş getməyəcəyik, ona görə də belə insafsızlıq edirlər».

Sürücü Elçin Muradov : “Qulağımızın dibində olan İrandan su qiymətinə aldıqları malları gətirib burda bizə od qiymətinə satırlar. Monopoliya olan yerdə belə nəzarətsizlik də olar. Gözləyirdik ki, heç olmasa, belə günlərdə böyük marketlər qiymətlərdə əlverişli endirim edəcəklər, əksini etdilər”.

[Best_Wordpress_Gallery id=”77″ gal_title=”Bayramqabağı qiymətlər”]

Bir cevap yazın