Baş Region

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov fevralın 16-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

365.com.az-ın “APA”-a istinadən verdiyi məlumata görə, qəbuldan əvvəl Baş prokuror və İmişli rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Qəbul zamanı müraciət edən 27 vətəndaşın hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb, həmçinin müraciətlərdə bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilib.

Bir cevap yazın