Region

Balakəndə canavar şəxsi təsərrüfata hücum edib

Balakəndə canavar şəxsi təsərrüfata hücum edib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında Balakən rayonu Katex kənd sakini Camaldin Qaraisayevin təsərrüfatında baş verib.

C. Qaraisayevin sözlərinə görə, o, səhər tezdən mal-qaranın saxlanıldığı tövləyə gedib və orada canavarla üzləşib.

Canavarı qovan C. Qaraisayev tövlədə olan 50 baş xırdabuynuzlu heyvandan 16-nın parçalandığını görüb.

Onun dediyinə görə, bu, ilk belə hadisə deyil. Son bir il ərzində üçüncü dəfədir ki, onun təsərrüfatına canavar hücum edir.

Rayon baytarlıq idarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

 

[Best_Wordpress_Gallery id=”31″ gal_title=”Balakəndə canavar şəxsi təsərrüfata hücum edib”]

Bir cevap yazın