Baş Hadisə

Bakıda sürücü ambulansa yol vermədi

365.com.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, ambulansın sürücüsü Tbilisi prospektində 90-SJ-100 dövlət nömrə nişanlı avtomobilin sürücüsündən yol istəsə də, qarşısındakı maşının sürücüsü buna əməl etməyib.

Sosial şəbəkə istifadəçiləri həmin sürücünün qadın olduğunu, özəl klinikaların birində həkim kimi fəaliyyət göstərdiyini iddia ediblər. Sürücü bu hərəkətinə görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.