Baş Ölkə

Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

365.COM.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisənin təfərrüatı öyrənilir.