Mədəniyyət Region

Bərdədə qadınların əl işi sərgisi keçirilib.

İyunun 1-i Bərdə şəhərində Alman Beynəlxalq Əməkdaşlığı Cəmiyyətinin (GIZ) ofisində “Art Makers” adlı sosial biznes layihəsi çərçivəsində  Bərdə və ətraf rayonlarda yaşayan evdar qadınların əl işi məhsullarının sərgisi keçirilib. Sərgidə dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştirak edib.

7 qadının əl işi məhsullarının göstərildiyi sərgidə satış da olub. 365.com.az xəbər verir ki, Açılış mərasimində çıxış edən layihə rəhbəri Ülviyyə Babayeva, “Art Makers” layihəsi haqqında qonaqlara məlumat verərərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi bijuteriya məhsulları hazırlama bacarıqları olan, Bərdə və ətraf rayonlarda yaşayan qadınların əl işlərinin www.jwlry.az saytı vasitəsilə satılması və maddi gəliri aşağı olan qadınlara dəstək olunmasıdır”.

Qeyd edək ki, “Art Makers” layihəsi Amerika Səfirliyinin dəstəyi ilə Education Hub təşkilatı tərəfindən keçirilən SEL layihəsi çərçivəsində maliyyələşdirilir.