Baş Region

Bərdədə antisanitar şəraitdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

365.com.az APA-ya istinadən xəbər verir ki, Bərdə rayonu Mirzabəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib. Reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. 

Fakt üzrə araşdırma davam edir.