Günorta saatlarında bölgələrdə təbii qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
365.COM.AZ Azərtac-a istinadən xəbər verir ki , Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də, saat 13:10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb. Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Qeydə alınan hadisə aktlaşdırılıb. 85 abonentin qaz təchizatı dayandırılıb.