Ölkə

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiyası haqqında qərar verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İshaq Kağnıcıoğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin təqdimatı təmin edilib və təqsirləndirilən şəxsin Türkiyəyə ekstradisiya olunması haqqında qərar verilib.

İttihama görə, İ. Kağnıcıoğlu Türkiyədə hədə-qorxu ilə tələb etmək, adam oğurluğu, soyğunçuluqda təqsirləndirilir. O, Türkiyədə axtarışda olub və bu ilin martında Azərbaycanın Ağsu rayonunda həbs edilib.

Bir cevap yazın