Baş Dünya Hadisə

Avstraliyada meşə yanğınlarının səbəbini araşdırmaq üçün komissiya yaradılacaq

Avstraliyanın baş naziri Skott Morrison qitədə meşə yanğınlarının yaranması və yayılması səbəblərini araşdırmaq üçün xüsusi kral araşdırma komissiyasının yaradılacağını bildirib.

365.com.az “Report”a istinadən xəbər verir ki, bu barədə hökumət başçısı ABC-yə müsahibəsində xəbər verib.

Morrison qeyd edib ki, yaxın vaxtlarda o öz kabinetindən təklif qəbul edəcək.

“Düşünürəm ki, bunu etmək lazımdır və mən Nаzirlər Kаbinetinin (komissiyanın yaradılması haqqında-red) təklifini qəbul edəcəyəm”, – Morrison deyib.

O, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda federal hokümətin təbii fəlakətlər zamanı ştatların işinə qarışmaq və kömək etmək səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılacaq.

Bazar günü gecə ölkənin Viktoriya ştatının şimal-şərq sərhədində yanğının söndürülməsi zamanı daha 1 yanğınsöndürən həlak olub. Beləliklə, Avstraliyada meşə yanğınları qurbanlarının sayı 26 nəfərə çatıb.