Dünya

Suriyadan Türkiyə ərazisinə iki mərmi atılıb

Suriyadan Türkiyə ərazisinə iki mərmi atılıb. APA-nın “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Hatay əyalətinin Yayladağı şəhəri yaxınlığında baş verib. Məlumata görə, hadisə nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb. Məlumata görə, Türkiyə ordusu mərmilərin buraxıldığı əraziyə cavab zərbəsi endirib.

Baş İdman

Lionel Messi “2017-ci ilin ən yaxşı futbolçusu” adına layiq görülüb

İspaniyanın məşhur “Marca” nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb. APA-nın İspaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, “Real”a yaxınlığı ilə tanınan “Marca” ilin ən yaxşı futbolçusu kimi “Barselona”lı Lionel Messini seçib. Argentinalını “Real”ın qoleadoru Kriştianu Ronaldo izləyib. Siyahıda üçüncü yerdə “kral klubu”nun digər üzvü İsko qərarlaşıb. Ümumiyyətlə, 100 futbolçunun yer aldığı siyahıda “Real”ın 4 […]

İnkişaf

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan şəhərində Füzuli, Xocavənd, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahat verilib, bir sıra məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal […]

Ölkə Region

Saatlıda “İslam həmrəyliyi və müasir gəncliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 21-də Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasında “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində “İslam həmrəyliyi və müasir gəncliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov, Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri […]

İnkişaf

Beyləqan rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə tədbir keçirilmişdir.

 dekabr 2017-ci il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında ““31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatların əməkdaşları,mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan cənab Vaqif Abdullayev öncə tədbir iştirakçılarını bayram münasibəti […]