Dünya

Afrindən Türkiyəyə atılan raket restorana düşüb, yaralananların olduğu bildirilir

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb. APA-nın “NTV”-yə istinadən verdiyi xəbərə görə, Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb. Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar […]

Baş Ölkə

Pakistanın “Shaheen Airlines” şirkəti iyun ayından Bakıya uçuşlar həyata keçirəcək

365.com.az SalamNews-a əsasən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib. Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində […]

Baş Ölkə

Böyük İstiqlalçının Doğum Günüdür

31 yanvar bütün islam aləmində, eləcə də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının banisi, böyük istiqlal mücahidi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu gündür. O, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində dünyaya gəlib. Bu gün onun 134 illiyi qeyd olunur. İlk təhsilini “Rus-müsəlman” məktəbində alan M.Ə.Rəsulzadə sonra Bakı texniki məktəbində oxuyub. 17 yaşında “Müsəlman […]

Region

“Regional İnkişaf” İctimai Birliyi İmişli rayonunda görüş keçirib

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi İmişli rayonunda ictimaiyyətin nümayəndələri ilə görüş keçirib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə birliyin əməkdaşları Elmir Həsənov və Elçin Baxşəliyev iştirak ediblər. Elmir Həsənov deyib ki, “Regional İnkişaf” İctimai Birliyi 2016-cı ilin mart ayından fəaliyyət göstərir. O, qurumun əsas məqsədinin ictimai nəzarəti təşkil etmək, bölgələrdə yaşayan […]

Baş Ölkə

AZAL-ın işində nöqsanlar aşkarlandı

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. Bu barədə “APA-Economics” Hesablama Palatasının 2017-ci ilin İş Planı üzrə “Azərbaycan Hava Yolları” QSC-də həyata keçirilmiş auditin nəticələri barədə məlumata istinadən xəbər verir. “Azərbaycan Hava Yolları” QSC maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib […]