Baş Ölkə

Yeni il tətilinin fasiləsizliyi təmin edilib

Nazirlər Kabineti (NK) iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb. 365.com.az xəbər verir ki, izahda bildirilib ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar: “Dekabrın 28 və 29-u isə iş günləri olacaq. Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət […]

Baş Təhsil

DİM növbəti qəbul imtahanlarının vaxtı ilə bağlı açıqlama verib

“Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur”. 365.com.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, 2020-ci ildə Bakı “Formula-1” yarışları ilə yanaşı, Avropa çempionatı oyunlarına da ev sahibliyi edəcək: “Ölkədə kütləvi tədbirlər keçirilən zaman qəbul imtahanlarının da keçirilməsi çox mürəkkəb olur. Bakıda […]

Baş Region

Deputat icra başçısı təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Kərəm oğlu Muxtarovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 365.com.az xəbər verir ki, digər sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Rüstəm Xəlilov Milli Məclisin deputatıdır. 

Baş Region

Daha bir rayona icra başçısı təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 365.com.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.  Qeyd edək ki, Vüqar Novruzov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini olub. 39 yaşlı V.Novruzov Bakıda anadan olub. Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Hesablama […]

Baş Ölkə

Azər Əmiraslanov Nazirlər Kabinetinin şöbə müdiri təyin edilib

Nazirlər Kabinetində (NK) yeni təyinatlar olub. 365.com.az xəbər verir ki, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bundan başqa, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.