Ölkə

Astara– Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb

Bu gün Astara-Astara dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

365.com.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Hazırda, İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir. Bu barədə Yük daşımaları departamentinin rəis müavini Pənah Kərimov məlumat verib,

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara-Astara dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

[Best_Wordpress_Gallery id=”22″ gal_title=”Astara– Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb”]

Bir cevap yazın