Ölkə Region

“Asan xidmət” yenidən İmişlidə

“Asan xidmət” yenidən İmişli rayonunda səyyar fəaliyyətə başlayıb. Qurum 1 fevral- 2 mart tarixlərində rayon əhalisinə xidmət edəcək.

Hazırda İmişli şəhərində “Asan xidmət”in inzibatı binası tikilir. Bina hazır olduqdan sonra qurum rayonda daimi fəaliyyət göstərəcək.

“Asan xidmət”in məqsədi ölkə əhalisinə qısa müddətdə keyfiyyətli xidmət göstərməkdir. Bu da vətəndaşların müxtəlif sənədləşmələrin aparılmasında üzləşdikləri əlavə vaxt itkisinin qarşısını alır.

“Asan xidmət” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. Qurum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci ildə imzaladığı fərmanla yaradılıb. Pilot layihə kimi İlk dəfə Bakıda fəaliyyətə başlayıb və daha sonra regional mərkəzlər yaradılıb. Əsas prinsipi operativlik, nəzakətlilik, məsuliyyət, rahatlıq və etik davranış qaydalarına nəzarət olan qurum vətəndaşlara müxtəlif sahələrə aid 23 növ sənədləşmə üzrə xidmət göstərir.

[Best_Wordpress_Gallery id=”17″ gal_title=”“Asan Xidmət” Yenidən İmişlidə”]

Bir cevap yazın